Xəbərlər

Almaniya və Hindistan bigə hərbi təlimlər keçirib

Almaniya Hərbi Hava Qüvvələri Hindistanda iki ölkə arasında ilk dəfə birgə təlimlər keçirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “DPA” agentliyi məlumat yayıb.

Qeyd edilib ki, İspaniya, Fransa və Böyük Britaniyanın hərbi hava qüvvələrinin də iştirak etdiyi “Taranq Şakti 2024” manevrlərinin birinci mərhələsi başlayıb. Təlimlər hava qüvvələrinin qarşılıqlı fəaliyyətini təkmilləşdirmək, döyüş bacarığını artırmaq, taktiki əməliyyat imkanlarını nümayiş etdirmək məqsədi ilə keçirilir.