Almaniyanın tərəfdaşları ilə birlikdə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində hərbi yardım paketi təqdim edəcəyi bildirilib.
“Füyuzat”ın məlumatına görə, bunu Almaniya kansleri Olaf Şolts deyib.
“İlin sonuna kimi tərəfdaşlarımız – Belçika, Danimarka və Norveçin dəstəyi ilə Ukraynaya təxminən 1,4 milyard avro dəyərində əlavə hərbi dəstək paketi təqdim edəcəyik”, – Şolts vurğulayıb.