Xəbərlər

Almaniyada əhalinin 20,3 faizi tək yaşayır

Almaniya Federal Statistika İdarəsi (Destatis) Avropa Statistika İdarəsinin (Eurostat) məlumatlarına əsaslanaraq ölkədə tək yaşayan insanlarla bağlı məlumatları açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, statistikaya əsasən keçən il Almaniyada tək yaşayanların nisbəti əhalinin 20,3 faizini təşkil edib.

Statistikaya görə, Finlandiya yüzdə 25,8, Litva yüzdə 24,6, İsveç yüzdə 24,1, Danimarka yüzdə 23,5 və Estoniya yüzdə 21,5 faiz ilə tək yaşama nisbətlərində lider olub.

Slovakiya və İrlandiya yüzdə 3,8 və yüzdə 8,3 olaraq Aİ-də tək yaşayan insanların nisbətinin ən aşağı olduğu ölkələr olaraq qeyd edilib.

Məlumatlara görə, 2013-2023-cü illər arasında demək olar ki, bütün Aİ ölkələrində tək yaşayan insanların nisbəti artıb.

2013-cü ildə Aİ-də əhalinin 14,2 faizi tək yaşayırdısa, bu nisbət 2023-cü ildə 16,1 faizə yüksəlib.