Xəbərlər

Almaniyada əsgər silahlı hücum edib, 4 nəfəri öldürüb

Almaniyanın Aşağı Saksoniya əyalətində iqamətgaha silahlı hücum nəticəsində 4 nəfərin həyatını itirdiyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya polisi və prokurorluğu məlumat yayıb.

Məlumatda səhər saatlarında vilayətin Şessel qəsəbəsində silahlı şəxsin evə hücum etdiyi bildirilib. 1-i uşaq olmaqla 4 nəfərin öldüyü qeyd edilib.

Yerli KİV-lər şübhəlinin keçmiş sevgilisinin evinə hücum edərək evdəki insanları öldürdüyünü iddia edib. Şübhəlinin Almaniya Silahlı Qüvvələrinin əməkdaşı olduğu və hadisədən sonra təslim olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.