Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğında 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Almaniya polisi açıqlama verib.
“Hadisə yerinə gələn və söndürmə işlərinə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb”, – açıqlamada bildirilib.
Qeyd edək ki, yanğın böyük ölçüdə söndürülüb, baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.