Almaniyanın xarici işlər naziri Annalena Berbok Çinə səfərindən əvvəl Pekin administrasiyasını tənqid edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
“Çin Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürmək əvəzinə Rusiyaya iqtisadi və silah yardımı ilə Avropadakı əsas maraqlarımıza qarşı çıxır”, – nazir əlavə edib.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibəsinin sülh üçün təhdid olduğunu müdafiə edən Berbok deyib: “Çin ilə əlaqələrimizdə bunu görməzdən gələ bilməyəcəyimiz Pekində danışacağım başqa bir mövzudur”.