Xəbərlər

Almaniyanın silah ixracından əldə etdiyi gəlir rekord həddə çatıb

Almaniyadan Avropa İttifaqı (Aİ) və NATO-dan kənar ölkələrə silah ixracının həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə iki dəfə artaraq 11,26 milyard avroya çatıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “DW” məlumat yayıb.

Verilən məlumata görə, Almaniya hökuməti 2024-cü ildə 12,83 milyard avro dəyərində silah ixracını təsdiqləyib ki, bu da ölkə üçün rekord göstəricidir. Qeyd olunur ki, Almaniyadan silah ixracının ən böyük həcmi 8,15 milyard avroluq müxtəlif paketlərlə Ukraynaya yönəlib.

Müqayisə üçün qeyd edək ki, Almaniya 2023-cü ildə 12,3 milyard avro dəyərində silah ixrac edib.