Xəbərlər

Almaniyanın vitse-kansleri gözlənilməz səfərlə Kiyevə gəlib

Almaniyanın vitse-kansleri və maliyyə naziri Lars Klinqbeyl gözlənilməz səfərlə Kiyevə gəlib.

“Füyuzat”ın məlumatına görə, bu barədə DPA agentliyi məlumat yayıb.

“Kanslerlə sıx koordinasiyada Almaniyanın mümkün sülh prosesində Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətindəyəm”, – o, Kiyevə gələrkən jurnalistlərə deyib.

Klinqbeylin sözlərinə görə, “uzunmüddətli sülhü təmin etmək üçün etibarlı təhlükəsizlik təminatları lazımdır”: “Biz beynəlxalq səviyyədə fəaliyyətlərimizi yaxından əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti yerinə yetirəcək”.

Klinqbeyl Kiyevdə Ukrayna hökuməti və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.