ABŞ Dəniz Piyadaları Korpusunun bir hissəsi təlim keçmək üçün Finlandiyaya gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
“Dəniz piyadalarının bizimlə işləməyə davam etmək üçün qayıtmasından razıyıq, Nyland Briqadasının yaxşı hazırlığı var. Onların özləri ilə gətirəcəkləri yeni imkanlar bizə bu istiqamətdə davam etməyə imkan verəcək və biz əməkdaşlığımızı inkişaf etdirəcəyik”, – deyə Nyland briqadasının qərargah rəisi Pekka Snellman bildirib.