Xəbərlər

Ankarada Türkiyə-İraq təhlükəsizlik toplantısı keçiriləcək

Bu gün Ankarada Türkiyə və İraq arasında Yüksək Səviyyəli Təhlükəsizlik Mexanizminin dördüncü toplantısının keçiriləcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, görüşün əsas məqsədlərindən biri ümumi mübarizənin hüquqi bazasının gücləndirilməsidir.