Xəbərlər

Antalyada Rusiya Baş Konsulluğunun yeni binası istifadəyə verilib

Antalyada Rusiya Federasiyasının Baş Konsulluğunun yeni binasının təntənəli açılışı olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə TASS məlumat yayıb.

Mərasimdə Rusiyanın Ankaradakı səfiri Aleksey Erxov, Rusiyanın insan haqları üzrə müvəkkili Tatyana Moskalkova, Antalya bələdiyyə sədri Muhittin Böcek və Antalya Təhlükəsizlik İdarəsinin rəisi iştirak edib.