“İtaliya Rusiya ilə müharibə vəziyyətində deyil, normal diplomatik münasibətlərə malikdir, bütün sülh təşəbbüslərini dəstəkləyir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tacani məlumat yayıb.
O həmçinin qeyd edib ki, “Liqa” koalisiya partiyasının lideri, Baş nazirin ikinci müavini Matteo Salvininin Ukraynaya silah göndərilməsinin münaqişəni uzatdığını deməsinə baxmayaraq, bu məsələdə hakim çoxluqda fikir ayrılığı yoxdur.