Bu həftənin sonunda satışa çıxarılacaq yeni modellərin qiyməti iPhone 16 modeli üçün 800 dollar, iPhone Pro Max üçün 1200 dollara qədər (əsas konfiqurasiyada) olacaq.
“Füyuzat”ın məlumatına görə, Apple səhmləri bu həftənin əvvəlində yeni iPhone 16-ya olan erkən tələbin keçən ilki səviyyələrdən geri qalması ilə bağlı xəbərlərdən sonra 3%-dən çox ucuzlaşıb.
Bununla birlikdə, telefonların geniş yayılmış Apple Intelligence xüsusiyyətləri, yeni iOS 18 əməliyyat sistemindən başlayaraq önümüzdəki həftələr və aylar ərzində istifadəyə veriləcək. Apple Apple Intelligence adlı daxili süni intellekt sisteminin iPhone-a qlobal tələbatı canlandıracağına ümid edir.
Citi analitikləri qeyd ediblər ki, yeni iPhone 16-nın ilkin sifarişlərinin çatdırılma müddətləri keçən ilki iPhone 15-in təqdimatı ilə müqayisədə daha qısadır: “Qeyd edək ki, iPhone 15-in ilkin sifarişləri ilə müqayisədə iPhone 16-nın çatdırılma müddəti orta hesabla bir həftədir. Yəni daha qısadır”.
Həmçinin Tayvandan olan Apple analitiki Ming-Chi Kuo bildirib ki, Apple ilk həftə sonu təxminən 37 milyon yeni iPhone 16 satıb. Bu da keçən ilki iPhone 15-in təqdimatından sonrakı ilk bir neçə gündən təxminən 12,7% azdır.