Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bazar ertəsi Moskvada səfərdə olacaq. Mirzoyan Rusiyada MDB Dövlət Başçıları Şurasının iclasından öncə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da Moskvaya işçi səfərinə gedib.
O da MDB Dövlət Başçıları Şurasının iclasından öncə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.