Xəbərlər

Aref: Rusiya ilə əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik

“İran hakimiyyəti Rusiya ilə münasibətləri inkişaf etdirmək niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşündə deyib.

“İranın Rusiya ilə münasibətlərini inkişaf etdirmək niyyəti həmişə ən yüksək səviyyədədir, İran Rusiya Federasiyası ilə uzunmüddətli və hərtərəfli əməkdaşlığın qurulmasına böyük əhəmiyyət verir. İqtisadi sahədə ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün böyük potensial var, bundan istifadə edilməlidir”, – Aref əlavə edib.