Argentina hökuməti öz qoşunlarını BMT-nin Livandakı Müvəqqəti Qüvvələrindən (UNIFIL) geri çəkmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Times of Israel” məlumat yayıb.
Verilən məlumata görə, 10 min nəfərlik beynəlxalq kontingentə 48 ölkədən əsgər və zabitlər, o cümlədən Argentina ordusunun 3 hərbçisi daxildir.
UNIFIL-in rəsmi nümayəndəsi Argentina hakimiyyətinin bu qərarının səbəblərini şərh etməkdən imtina edib.