Əvvəllər Pekinlə dövlətlər səviyyəsində əlaqələrin inkişaf etdirilməsinin əleyhinə olan Argentina Prezidenti Xavyer Miley Çin Prezidenti Si Cinpinlə ikitərəfli görüş keçirməyi istisna etməyib və ölkələr arasında münasibətləri əla adlandırıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Xavyer Miley “TN” televiziyasına müsahibəsində deyib.
“Hazırda Argentina və Çin arasında əla əlaqələr var. Onlar məni həqiqətən təəccübləndirdi, çünki Çin son dərəcə mehriban tərəfdaşdır. Onların tək istədikləri şey ticarətdir”, – Argentina lideri bildirib.