Argentina prezidenti Xavyer Miley Avropaya səfəri zamanı iyunda Ukraynaya da səfər etməyi düşünür.
“Füyuzat”ın məlumatına görə, bu barədə Argentina prezidenti özü açıqlama verib.
“Biz Ukraynaya da səfər etmək planı hazırlayırıq. Yəni İtaliyada keçiriləcək “Yeddilik Qrupu” sammitində iştirak etməliyik. Aydındır ki, mən Ukraynada prezident Volodimr Zelenski ilə görüşmək niyyətindəyəm”, – Miley bildirib.
Miley həmçinin qeyd edib ki, Zelenskinin xahişi ilə Ukraynaya dəstək üçün Latın Amerikası Forumunda iştirak edəcək.