Dünyaşöhrətli Azərbaycan bəstəkarı Arif Məlikovun “Komdenin arzuları” əsəri İsveçin Lidingö musiqi məktəbinin repertuarına daxil edilib.
“Füyuzat” ” AZƏRTAC-a istinadən xəbər verir ki, bu məlumatı İsveçdə yaşayan pianoçu Aynur Məlikova agentliyin ölkədəki müxbirinə bildirib.
Aynur Məlikovanın təşəbbüsü ilə bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş konsertlər İsveçdə, Danimarkada və Maltada təşkil edilib. Üzeyir Hacıbəylinin əsərləri ilə yanaşı, onun musiqi məktəbinin davamçıları olan Azərbaycan bəstəkarlarının da əsərləri yer alıb. Onların arasında Arif Məlikovun “Komdenin arzuları” əsəri həmvətənimiz pianoçu Aynur Məlikova və isveçli fleytaçı Katrin Sponberqin ifasında səslənib.




