Xəbərlər

Astana Rusiya ilə mühüm sənədlər imzalamağa hazırlaşır

“Qazaxıstan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin dövlət səfəri zamanı əməkdaşlığa dair mühüm sənədlərin imzalanacağını gözləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Qazaxıstan Parlamenti Senatının (yuxarı palata) sədri Maulen Aşımbayev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə ikitərəfli görüşdə deyib.

“Bizim Rusiyadakı səfirliyimiz fəal işləyir. Düşünürəm ki, səfər əlamətdar olacaq, çox mühüm sazişlər müzakirə olunacaq və sənədlər imzalanacaq. Vladimir Putinin Qazaxıstana dövlət səfəri ən yüksək səviyyədə keçiriləcək”, – Matvienko əlavə edib.