Qazaxıstanın paytaxtı Astanadakı “Akorda” Prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.
“Füyuzat”ın məlumatına görə, “Akorda” Prezident Sarayında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Qazaxıstanın nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri isə prezident Kasım-Jomart Tokayevə təqdim edilib.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.
Azərbaycanın və Qazaxıstanın Dövlət himnləri səslənib.
Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Dövlət başçıları birgə foto çəkdiriblər.



