Xəbərlər

Astanada “Mərkəzi Asiya + Yaponiya” sammiti keçiriləcək

Yaponiya hökumətinin başçısı Fumio Kişidanın avqustun 9-da Qazaxıstanda rəsmi səfərdə olacağı və “Mərkəzi Asiya + Yaponiya” dialoqunun birinci sammitində iştirak edəcəyi bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, avqustun 10-da Tokayev və Kişida arasında ikitərəfli danışıqlar planlaşdırılıb.