Xəbərlər

Astanada XİN, MN və KTMT Təhlükəsizlik Şurası rəhbərlərinin görüşü keçiriləcək

“Noyabrın 28-də Astanada KTMT ölkələrinin Xarici İşlər Nazirləri (XİN) Şurasının, Müdafiə və Təhlükəsizlik Şurası katiblərinin iclası keçiriləcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Qeyd edilib ki, tədbir Qazaxıstan tərəfinin sədrliyi ilə Astanada, KTMT Kollektiv Təhlükəsizlik Şurasının həmin günə planlaşdırılan sessiyasından əvvəl baş tutacaq.

“İclasda KTMT ölkələrinin Xarici İşlər, Müdafiə nazirliklərinin (MN) rəhbərləri və Təhlükəsizlik Şuralarının katibləri kollektiv təhlükəsizlik sahəsində hərbi-siyasi vəziyyət mövzusunda fikir mübadiləsi aparacaq, əməkdaşlıq çərçivəsində işbirliyinin nəticələrini müzakirə edəcəklər”, – Zaxarova əlavə edib.

2025-ci ildə KTMT-yə dövri sədrliyin Qırğızıstana keçəcəyi də qeyd edilib.