Xəbərlər

Atlantic Council: Türkiyə–Azərbaycan hərbi ortaqlığı uğurlu inteqrasiya modelidir

ABŞ-ın məşhur “Atlantic Council” beyin mərkəzində son həftələrdə keçirilən strateji toplantıda Türkiyənin müdafiə sənayesi yüksək qiymətləndirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Qlobal” məlumat yayıb.

Məlumata görə, tənqidçi simaların iştirak etdiyi görüşdə Türkiyə–Azərbaycan hərbi ortaqlığı “nümunəvi əlaqələr” olaraq adlandırılıb.

İclasda Türkiyənin xüsusilə pilotsuz uçuş aparatları (PUA), süni intellekt və robotlaşdırılmış döyüş sənayesi sahəsində qabaqcıl ölkələr sırasında olduğu vurğulanıb və bu texnologiyaların NATO üzvü olan ölkələrə inteqrasiyasının vacibliyi əlavə edilib.

Qeyd edək ki, uğurlu inteqrasiya modelinə nümunə kimi Türkiyə–Azərbaycan hərbi tərəfdaşlığı göstərilib.