Xəbərlər

Avropa İttifaqı Ermənistana 2,5 milyard avro investisiya vəd edib

Avropa Komissiyasının və Avropa Şurasının prezidentləri Ursula fon der Leyen və Antonio Kosta Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiya səylərini alqışlayıb və viza rejiminin liberallaşdırılmasında irəliləyiş əldə edəcəklərini, həmçinin “Qlobal Gateway” proqramı çərçivəsində Ermənistana 2,5 milyard avro investisiya yatırılacağını vəd ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

“Liderlər Aİ-Ermənistan Yeni Tərəfdaşlıq Gündəliyinin mətni üzrə bu yaxınlarda əldə edilmiş siyasi razılaşmanı alqışladılar ki, bu da onların əlaqələrin dərinləşdirilməsinə dair birgə öhdəliklərində mühüm mərhələdir. Onlar həmçinin viza rejiminin liberallaşdırılması prosesində irəliləyişi və Ermənistanın bu yaxınlarda Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanunu qəbul etməsini məmnunluqla qeyd ediblər”, – məlumatda deyilir.

“Xüsusilə Aİ Ermənistana “əhəmiyyətli maliyyə və texniki yardım göstərməklə ona dəstək olacağına dair vədlərini təsdiqləyib. “Qlobal Gateway” strategiyası çərçivəsində Aİ-nin Ermənistana investisiyalarının 2,5 milyard avroya çatacağı gözlənilir”, – məlumata əlavə edilib.