Xəbərlər

Avropa ölkələrində minimum və maksimum əmək haqqı nə qədərdir?

2025-ci ilin iyul ayına olan məlumata görə, Avropa İttifaqı (Aİ) ölkələrində minimum aylıq əmək haqqı (vergidən başqa) Bolqarıstanda 551 avro (ən az göstərici), Lüksemburqda 2704 avro (ən yuxarı göstərici) olaraq qeydə alınıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Euronews” məlumat yayıb.

Aİ-yə namizəd ölkələrin sıralamasında isə ən aşağı minimum əmək haqqı Ukraynadadır. Bu ölkədə aylıq minimum hədd 164 avrodur.

Beş Aİ ölkəsində – Avstriya, Danimarka, İtaliya, Finlandiya və İsveçdə isə minimum əmək haqqı ümumiyyətlə yoxdur.

Fransa istisna olmaqla, Aİ-yə üzv digər ölkələr minimum əmək haqqını iki min avrodan çox müəyyən edib. Bunlar İrlandiya (2282 avro), Hollandiya (2246 avro), Almaniya (2161 avro) və Belçikadır (2112 avro). Fransada isə bu məbləğ cəmi 1802 avrodur.