“Avropa İttifaqı (Aİ) NATO-dan başqa özünün də təhlükəsizlik təşkilatını yaratmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Avropa Parlamentinin sədri Roberta Metsola “El Mundo” qəzetinə müsahibəsində deyib.
“Aİ həmişə daha güclü olmalıdır. Avropa Rusiyanın Ukraynaya təcavüzü səbəbindən son dərəcə qeyri-sabit vəziyyət içindədir. Aİ ABŞ-da keçiriləcək prezident seçkilərindən asılı olmayaraq hər şeyə hazır olmalıdır. Yanvarda Ağ Evdə yeni prezident olacaq, bu da yeni administrasiya, yeni yanaşma deməkdir. Həmçinin Ukraynaya maliyyə yardımı ilə bağlı səsverməyə gəldikdə bizim tərəfdaşlarımız olan yeni Senat və yeni Konqres olacaq. Ümid edirəm ki, biz birgə işi davam etdirə biləcəyik. Növbəti beş ildə işimiz Avropa Müdafiə İttifaqının yaradılmasına yönəldiləcək”, – Metsola bildirib.