Xəbərlər

Avropa Parlamentinin deputatı: Avropa İttifaqı Trampa “diş göstərməlidir”

“Avropa ABŞ prezidenti Donald Trampın tarif siyasətinə cavab verməli və “dişini göstərməlidir”.

“Füyuzat”ın məlumatına görə, bunu Almaniya parlamentinin deputatı Anna Cavazzini deyib.
“Əlbəttə, biz əks tədbirlər görməliyik”, – deputat deyib.

O qeyd edib ki, Avropa Komissiyası danışıqlara hazırdır:

“Lakin biz də dişlərimizi göstərməliyik, çünki bu, Tramp administrasiyasının prinsipcə başa düşdüyü yeganə dildir”.

Xatırladaq ki, fevralın 10-da Tramp ABŞ-ın bütün polad və alüminium idxalına 25%-lik rüsumların tətbiq edilməsini əmr edib və bu, martın 12-də qüvvəyə minib.