Xəbərlər

Avropa Partiyasının formalaşdırılması planlaşdırlır

Avropa Parlamentində (AP) sağçı fraksiya yaradan Almaniya üçün Alternativ (AfD) partiyası indi də Avropa Partiyası yaratmağı planlaşdırır.

“Füyuzat”ın məlumatına görə, bu barədə DPA agentliyi AfD-nin nümayəndəsinə istinadən yazır.

Öz növbəsində, partiyanın mətbuat xidməti bu məlumatı TASS müxbirinə təsdiqləyib. Lakin gələcək partiya ilə bağlı əlavə suallara cavab verməyib.

AfD nümayəndəsinin sözlərinə görə, yeni partiyanın yaradılması üçün digərləri arasında partiyanın həmsədrləri Tino Çrupalla və Elis Veydelin də daxil olduğu “Suveren Millətlər Avropası” sələfi birliyi yaradılıb. Avropa Parlamentindəki 14 AfD üzvü və yeddi başqa ölkədən, ilk növbədə Şərqi Avropadan olan parlamentarilərin daxil olduğu 25 üzvlü fraksiya həm də “Suveren Millətlər Avropası” adlanır.