Avropa Şurasının baş katibi Alain Berse Ermənistan və Azərbaycanın imzaladığı Vaşinqton bəyannaməsini alqışlayıb.
“Füyuzat”ın məlumatına görə, baş katib bunu siyasətdə mümkün dönüş nöqtəsi adlandırıb.
“Bəyannamənin həyata keçirilməsi regionu barışıq, sabitlik və inkişaf yoluna qədəm qoymaqla dəyişdirə bilər. Bu sülh bizim dəyərlərimiz üzərində qurulmalıdır: demokratiya, insan haqları və qanunun aliliyi. Avropa Şurası sülh yolunda Ermənistan və Azərbaycanı dəstəkləyəcək”, – o vurğulayıb.



