Xəbərlər

Avropa Talibanla rəsmi əlaqələri genişləndirir

“Dörd il əvvəl Əfqanıstanda hakimiyyətə gələn “Taliban” hərəkatının nümayəndələri ilə Avropa ölkələri rəsmi əlaqələri xeyli genişləndirib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazır.

Qeyd edilir ki, Qərb hökumətləri və siyasətçiləri “qanunsuz miqrantların repatriasiyası problemlərini həll etmək üçün Kabillə getdikcə daha çox əlaqə qurmağa çalışırlar”. Bu il Almaniya, İsveçrə və Avstriya da daxil olmaqla Avropa ölkələri Əfqanıstana nümayəndə heyətləri göndərib və ya repatriasiyanı asanlaşdırmaq üçün öz ərazilərində Taliban nümayəndələrini qəbul edib.

Kabildə yerləşən Beynəlxalq Böhran Qrupunun baş analitiki İbrahim Bahisinin sözlərinə görə, Taliban kifayət qədər maraqlıdır və qlobal siyasi nizama inteqrasiya etməyə çalışır.