Rusiya-Ukrayna müharibəsi bütün şiddəti ilə davam edərkən NATO daxilində çaxnaşma yaradan bir hadisə baş verib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
Belə ki, Çin hərbi birləşmələri Rusiyanın ən yaxın müttəfiqlərindən biri olan Belarusda hərbi təlimlər keçirib. Almaniya Litvaya tanklarını göndərərək təlimə reaksiya verən ilk NATO ölkəsi olub. Berlin zirehli hissələrini və tanklarını Belarusla geniş sərhədə malik Litvaya köçürüb.
Gərginliyin artacağı ilə bağlı qorxular var.