Xəbərlər

Avropa üçlüyü İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu açıqlayıb

Britaniya, Almaniya və Fransa Birləşmiş Millətlər Təşkilatına məktub göndərərək, Tehranın nüvə proqramı ilə bağlı danışıqları bərpa etmədiyi təqdirdə İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildiriblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Verilən məlumata görə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilən məktubu Fransanın xarici işlər naziri Jan-Noel Barron, Almaniyanın xarici işlər naziri Yohan David Vadeful və Böyük Britaniyanın xarici işlər naziri David Lemmi imzalayıb.