Xəbərlər

Avropada yeraltı anbarlardakı qaz ehtiyatlarının həcmi 93,2%-i ötüb

Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatlarının həcmi 93,2%-i ötüb, lakin 2023-cü ilin rekord səviyyələrindən geri qalır. Həmin tarixdə UGS obyektləri 93,7% dolu olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” (GIE) şirkəti bildirib.

Şirkət qeyd edir ki, Avropa İttifaqı (Aİ) ölkələrinin yeraltı qaz anbarlarına qazın vurulması sentyabrın 11-də 117 milyon kubmetr təşkil edib.

Hazırda Avropanın UGS obyektləri 93,24% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 6,3 faiz bəndi yüksəkdir – red.).