“Avropada müdafiə zavodlarının sahəsi əvvəlkindən üç dəfə sürətlə böyüyür və artıq 7 milyon kvadratmetri keçib”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Financial Times (FT) peyk məlumatlarına istinadən məlumat yayıb.
Verilən məlumata görə, 2024-2025-ci illərdə Avropada silah və sursat istehsal edən zavodların sahəsi 2,8 milyon kv.m artdığı halda, 2020-2021-ci illərdə müdafiə müəssisələrinin sahəsinin artımı 790 min kv.m təşkil edib.
Ən böyük artım isə Macarıstanın Varpalota şəhərində Almaniyanın Rheinmetall şirkətinə və Macarıstanın dövlət müdafiə şirkəti N7 Holdinqə məxsus sursat və partlayıcı maddələr istehsal edən zavodda qeydə alınıb. Ümumilikdə 37 şirkətə məxsus 150 müəssisənin məlumatları təhlil edilib.



