Xəbərlər

Avropanın yeraltı anbarlarındakı qaz ehtiyatları 65%-dən aşağı düşüb

Avropanın yeraltı anbarlarındakı (UGS) qaz ehtiyatları 65%-dən aşağı düşüb və hasilat istiliyin verilməsi mövsümü başlayandan bəri ilk dəfə olaraq 900 milyon kubmetrə yaxınlaşıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Gas Infrastructure Europe” (GIE) məlumat verib.

“Avropa birjalarında qaz min kubmetr üçün təxminən 500 dollara satılır. İstiliyin verilməsi mövsümü başlayandan bəri Avropa ölkələri yeraltı qaz anbarlarından təxminən 36 milyard kubmetr qaz çıxarıb”, – məlumatda bildirilib.