Xəbərlər

Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 94,4%-i ötüb

Avropanın yeraltı anbarlarında (UGS) qaz ehtiyatlarının həcmi 94,4%-i ötüb. Ancaq bu, 2019-cu ilin rekord səviyyəsindən geri qalır. Qazın istifadəsi oktyabr ayı üçün ən yüksək həddə, qaz doldurulması isə 2011-ci ildən bəri ən aşağı səviyyədədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avropanın Qaz İnfrastrukturu (GIE) məlumat yayıb.

Məlumata görə, oktyabrın 5-də Aİ ölkələrindəki yeraltı qaz anbarlarına qazın doldurulması 117 milyon kubmetr təşkil edib.

Qeyd edilib ki, hazırda Avropanın UGS obyektləri 94,42% doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 3,4 faiz bəndi yüksək), anbarlarda 104,76 milyard kubmetr var.