“Avstraliyaya da təsir edən ABŞ-ın yeni tarifləri iki ölkə arasındakı dostluq münasibətlərinə ziddir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistlərə açıqlamasında deyib.
“ABŞ Prezidenti Donald Tramp administrasiyasının tariflərinin heç bir məntiqi əsası yoxdur. Bu tariflər iki ölkə arasındakı tərəfdaşlığın əsaslarına ziddir. Bu, qeyri-dost hərəkətdir. Bugünkü qərar yalnız qlobal iqtisadiyyatda qeyri-müəyyənliyi və Amerika vətəndaşlarının xərclərini artıracaq”, – Baş nazir vurğulayıb.