Xəbərlər

Avstraliya başda olmaqla 8 ölkə Çini kibercasusluqda ittiham edib

Avstraliya başda olmaqla 8 ölkə Çin dövləti tərəfindən dəstəklənən APT40 haker qrupunu hökumət və özəl sektor infrastrukturlarını hədəfə almaq və yüzlərlə insanın istifadəçi adlarını və şifrələrini ələ keçirmək kimi irimiqyaslı əməliyyatlar həyata keçirməkdə ittiham edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd edilib ki, Avstraliya, Kanada, Yeni Zelandiya, Böyük Britaniya, ABŞ, Almaniya, Cənubi Koreya və Yaponiya Çini kibercinayətkarlıqda günahlandırır.

Açıqlamada APT40-ın Avstraliya və bölgədəki dövlət və özəl sektor şəbəkələrini hədəf aldığı və yüzlərlə insanın istifadəçi ad və şifrələrinin ələ keçirilməsi kimi geniş miqyaslı əməliyyatlar həyata keçirdiyi ifadə edilib.