Xəbərlər

Avstraliya Fələstin dövlətini tanıyacaq

Avstraliyanın Baş naziri Entoni Albanese sentyabrda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Fələstin dövlətini tanıyacaqlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, Albanese bu barədə Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Ölkəsinin Fələstin dövlətini tanımağa qərar verdiyini qeyd edən Albanese bu qərarı sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında rəsmiləşdirəcəklərini bildirib.

Albanese qeyd edib: “İki dövlətli həll bəşəriyyətin Yaxın Şərqdəki zorakılığı aradan qaldırmaq və Qəzzada münaqişə, əzab və aclığa son qoymaq ümididir”.