Xəbərlər

Avstraliya İran səfirini qovur, Tehrandakı səfirliyini bağlayır

“2023-cü il oktyabrın 7-də baş verən dəhşətli hadisələrdən bəri Avstraliyanın yəhudi icmasına qarşı bir sıra dəhşətli antisemit hücumların şahidi olduq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Departamenti məlumat yayıb.

“20 oktyabr 2024-cü ildə Sidney restoranına və 6 dekabr 2024-cü ildə Melburndakı sinaqoqa edilən hücumların arxasında İran dayanırdı. Cəmiyyətimizə qarşı bu hücumlar tamamilə qəbuledilməzdir və biz İranın Avstraliyadakı səfirinə onun və daha üç iranlı diplomatın ölkədən çıxarılacağı barədə məlumat vermişik.

Biz Tehrandakı səfirliyimizin işini dayandırdıq və bütün diplomatlarımız indi təhlükəsiz şəkildə üçüncü ölkədədirlər. Hökumət İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatları siyahısına daxil edilməsinə icazə verəcək qanun qəbul edəcək”, – məlumatda bildirilib.