Xəbərlər

Avstraliya nüvə sualtı qayıqları üçün təlim proqramına başlayıb

Avstraliya hakimiyyət orqanları AUKUS (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi ittifaqı) tərəfdaşlıq sazişlərinin həyata keçirilməsi fonunda nüvə sualtı təlim proqramının başlandığını elan edib.

“Füyuzat”ın məlumatına görə, bunu Avstraliyanın Baş nazir Entoni Albanesen deyib.

“Bu təşəbbüs yaxın iki il ərzində 200 nəfəri nüvə sualtı qayıqlarını idarə etmək və saxlamaq üçün lazım olan peşələr üzrə öyrətməyə şərait yaradacaq”, – Baş nazir bildirib.

Qeyd edilib ki, kadr hazırlığının ilkin mərhələsini sənaye istehsalı və emalı, layihələrin idarə edilməsi, logistika kimi prioritet istiqamətlər təşkil edəcək.