“Avstraliya hökuməti ordunun mövcud işçilərini saxlamaq və ölkənin Silahlı Qüvvələrinə yeni kadrların axınını təşviq etmək üçün hərbi qulluqçulara əlavə maaş və bonuslara təxminən 395 milyon dollar vəsait xərcləyəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Avstraliya Baş nazirin müavini Riçard Marles deyib.
“Daim dəyişən strateji şərtlər qarşısında, Müdafiə Nazirliyinin Avstraliyanı və onun milli maraqlarını qorumaq üçün kadr və resurslara malik olması vacibdir. Hərbi idarənin kadrlara olan tələbatını ödəmək üçün hökumət 4 ildən artıq Silahlı Qüvvələrin sıralarında xidmət edənlərə mükafatlar ödəmək niyyətindədir ki, bu da xidmətin davam etdirilməsinə və karyera yüksəlişinə təkan verəcək. Bundan əlavə, Silahlı Qüvvələrdə orta xidmət stajını 7 ildən, 12 ilə yüksəltməliyik. Əgər insanlar 12 il xidmət etsələr, bu, Silahlı Qüvvələrimizin gücləndirilməsi və genişlənməsi üçün böyük əhəmiyyət kəsb edəcək”, – Marles bildirib.