Xəbərlər

Avstraliya Qəzzaya 6,6 milyon dollar ayıracaq

Avstraliya Qəzzaya humanitar yardımın təmin edilməsi üçün 6,6 milyon dollar ayıracaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin xarici işlər naziri Penni Vonq məlumat verib.

“Vəsait Qəzzada aclıq təhlükəsi ilə üzləşən mülki şəxslərə ərzaq yardımı çatdırmaq üçün Ümumdünya Ərzaq Proqramına göndəriləcək”, – Avstraliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Vonq qeyd edib ki, Kanberra bu günə qədər Fələstin anklavının əhalisi üçün ərzaq, su və zəruri malların alınması məqsədilə 47 milyon dollardan çox vəsait ayırıb və bölgəyə əlavə dəstək verməyə hazırdır.

“Biz BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş atəşkəs sazişini dəstəkləyirik və ona hər iki ölkə tərəfindən tam riayət olunmasını istəyirik”, – deyə nazir vurğulayıb.