Avstraliya hökuməti dəniz bazalı “NSM” və “JSM” raketləri istehsal edəcək zavodun tikintisinə 850 milyon Avstraliya dolları (572 milyon dollar) sərmayə qoyacağını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, təxminən 572 milyon dollar dəyərində olan bu layihə 500-dən çox iş yerinin yaranmasına səbəb olacaq və iqtisadiyyata 100 milyon Avstraliya dollarına qədər (67 milyon dollar) gəlir gətirəcək.