“Avstraliya hökuməti Ukraynaya pulsuz olaraq dəyəri 9 milyon dollardan çox olan 14 hərbi kater göndərəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Avstraliya Baş nazirin müavini Riçard Marles deyib.
“Avstraliya Silahlı Qüvvələrinə məxsus olan bu sürətli və manevrli qayıqlar Ukrayna Silahlı Qüvvələrinin dəniz imkanlarını artıracaq və Qara dənizdə Rusiyanın hücumlarına müqavimət göstərməyə kömək edəcək”, – Marles bildirib.