Xəbərlər

Avstraliya Ukraynaya hərbi yardım paketi ayırıb

Avstraliya hökuməti Ukraynaya 250 milyon dollar dəyərində, bu günə qədər etdiyi ən böyük hərbi yardım paketini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bunu Ukrayna Müdafiə Nazirliyi bildirib.

Müdafiə Nazirliyi qeyd edib ki, paketə hücumundan müdafiə raketləri, hava-yer tipli silahlar (o cümlədən idarə olunan silahlar) və tank əleyhinə silahlar, həmçinin minaatan, toplar və atıcı silahlar üçün artilleriya mərmiləri və sursatlar daxildir.

Qeyd edək ki, Avstraliyanın Ukraynaya hərbi yardımlarının həcmi ümumilikdə 1,1 milyard dollardan çox təşkil edir.