Xəbərlər

Avstraliya Ukraynaya qoşun göndərməyə hazırdır

Avstraliya Ukraynaya sülhməramlılar qüvvələr göndərməyə hazır olan ölkələrin koalisiyasına qoşulub.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliyanın Baş naziri Antoni Albanese bildirib.

“Biz Ukraynanı dəstəkləməyə və gələcək sülhməramlı səylərdə iştirak etmək üçün istənilən müraciəti nəzərdən keçirməyə hazırıq. Bunu etmək Avstraliyanın milli maraqlarına uyğundur, çünki Avro-Atlantikada baş verənlər Hind-Sakit Okean regionu üçün ciddi təsirlər yaradır”, – Baş nazir qeyd edib.