Avstraliya hökuməti 4,7 milyard dollar dəyərində ABŞ-dan uzaqmənzilli raketlərin satın alınması barədə razılığa gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Avstraliya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunur ki, havadan və raketdən müdafiə sistemlərinin gücləndirilməsi məqsədilə ABŞ-la “Standart Missile 2 Block IIIC (SM-2 IIIC)” və “Standart Missile 6 (SM-6)” uzaqmənzilli raketlərinin alınması barədə 7 milyard Avstraliya dolları (4,7 milyard dollar) dəyərində saziş imzalanıb.
“SM-2 IIIC və SM-6 dünyada ən qabaqcıl hava və raketdən müdafiə sistemləridir. Onlar Avstraliya Hərbi Dəniz Qüvvələrinin bütün Hobart sinifli qırıcılarına, həmçinin Hunter sinifli friqatlara mərhələli şəkildə quraşdırılacaqlar”, – deyə nazir bildirib.