Xəbərlər

Avstraliya Yeni Zelandiyanı QUAD və AUKUS-da iştiraka cəlb etmək niyyətindədir

“Avstraliya Yeni Zelandiyanı ABŞ, Yaponiya və Hindistan (QUAD) ilə Dördtərəfli Təhlükəsizlik Dialoqu çərçivəsində layihələrə cəlb edəcək və Vellinqtonun AUKUS-da (Avstraliya, Böyük Britaniya və ABŞ-ın üçtərəfli hərbi ittifaqı) iştirakı ilə bağlı məsləhətləşmələri davam etdirəcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə iki ölkənin müdafiə nazirləri və xarici işlər nazirlərinin Oklend görüşündən sonra birgə bəyanatında bildirilib.

“Avstraliya və Yeni Zelandiya QUAD-ın region ölkələri üçün vacib olan məsələlərin həllinə verdiyi praktik töhfəni alqışlayır. Avstraliya bir-birini tamamlayan səyləri təmin etmək üçün Yeni Zelandiya da daxil olmaqla yaxın tərəfdaşlarını Dördtərəfli Təhlükəsizlik Dialoqu layihələrinə cəlb etməyə davam edəcək. Nazirlər AUKUS-un ikinci komponenti çərçivəsində qabaqcıl qeyri-nüvə texnologiyaları sahəsində əməkdaşlıq üzrə məsləhətləşmələri davam etdirmək niyyətindədirlər”, – məlumatda bildirilib.